Siyasi və iqtisadi dividendlər gözlənilir

Tarix: 13:00 19.07.2025
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampa PUA texnologiyalarının mübadiləsini nəzərdə tutan “meqa müqavilə” təklif edib.
Mövzu ilə bağlı politoloq Oktay Qasımov "İnformator.az" a açıqlamasında bildirib ki, Zelenskinin açıqladığı məsələ, əlbəttə ki, Ukraynanın maraqlarına uyğun bir məsələdir:
" Əgər Amerika Birləşmiş Ştatları ilə PUA texnologiyası istiqamətində tərəflər əməkdaşlıq edəcəksə, bu, Ukrayna üçün kifayət qədər ciddi nəticələr deməkdir. Belə ki, həm savaşın gedişində, ondan sonraki dönəmlərdə də Ukrayna bu istiqamətdə öz texnologiyasını inkişaf etdirə bilər. Bu, tərəflərin hər ikisinin maraqına uyğun olan bir məsələdir. Nəzərə alsaq ki, son 3 il yarımda Ukrayna müdafiə sənayesi ciddi şəkildə inkişaf yoluna qədəm qoyub və bir çox istehsal sahələri artıq Ukraynanın özündə inkişaf edir. Bunlar kifayət qədər ciddi məsələlərdir. Bunun konversiyası və ya siyasi məqsəd var? Şübhəsiz ki, ilk növbədə siyasi məqsəd var. Belə ki, Zelenski məhz bu cür anlaşmalarla ABŞ-nin dəstəyini əldə etmək istəyir. Şübhəsiz ki, ikinci növbə burada konversiya maraqlarıdır. Belə ki, gələcəkdə tərəflər qarşılıqlı şəkildə əməkdaşılıq edəcəksə, burada həm də siyasi dividendlərlə bərabər iqtisadi dividendlər də olacaq".
O həmçinin açıqlamasında bildirir ki, NATO ölkələrinin burada hansısa bir narahatlığı ola bilər:
"Çünki NATO ölkələri də faktik olaraq ABŞ-nin müttəfiqdir və onunla münasibətləri inkişaf etdirməkdə də maraqlıdırlar. O baxımdan buna ayrılıqda bir məsələ kimi baxmaq lazım deyil. Çünki Ukraynanın ABŞ-lə münasibətlərin inkişafı eyni zamanda da NATO-nun güclənməsi anlamına gəlir.Şübhəsiz ki, bu hazır ki dövrdə həm də NATO-nun güclənməsi deməkdir və ABŞ ilə Ukrayna arasında münasibətlərin normallaşması və əməkdaşlığın dərinləşməsi qərbində maraqlarında uyğun olan bir haldır".
Ayşən Səlimova