Gideon Saar: Suriyada milli azlıq nümayəndəsi olmaq təhlükəlidir

Bölmə: Dünya › ,
Tarix: 16:14 19.07.2025

İsrailin xarici işlər naziri Gideon Saar Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaranın bəyanatına cavab olaraq Suriyada "milli azlıq nümayəndəsi olmağın təhlükəli" olduğunu bildirib.

 

"İnformator.az" xəbər verir ki, onun sözlərini “The Times of Israel” qəzeti sitat gətirib.

 

Qeyd edilib ki, nazir bunu əş-Şaranın Suriya hökumətinin ölkədəki digər millətlərin nümayəndələrini müdafiə edəcəyi barədə bəyanatına cavab olaraq deyib. "Əş-Şara dövründə Suriyada azlıq nümayəndəsi - kürd, druz, ələvi və ya xristian olmaq çox təhlükəlidir. Bu, son altı ay ərzində dəfələrlə təsdiqlənib", - G.Saar bildirib. O vurğulayıb ki, beynəlxalq ictimaiyyət "ölkədə azlıqların təhlükəsizliyini və hüquqlarının qorunmasını təmin etməyə borcludur".