Türkiyədə zəlzələdən ölənlərin sayı 46 minə yaxınlaşıb

Bölmə: Dünya › ,
Tarix: 00:24 05.03.2023

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min nəfərə yaxınlaşıb.

 

İNFORMATOR.AZ “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

 

“Bu günə qədər dağıntılarda, xəstəxanalarda ölən zəlzələdən zərərçəkmişlərin, vətəndaşlarımızın sayı 45 min 968-dir. Bunların içində 4 min 267 suriyalı qardaşımız var”, - o vurğulayıb.