Jurnalistika fakültəsində,"Konstitusiya və Suverenlik ili çərçivəsində növbəti görüş"
Bölmə: MEDİA ›
,
Tarix: 13:29 25.09.2025
Bakı Dövlət Universitetində Medianın Inkişafı Agentliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Konstitusiyası insan haqlarının qorunmasının etibarlı təminatçısıdır" adlı tədbir keçirilib.
"İnformator.az" xəbər verir ki ,görüşdə Bakı Appelyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova mövzu ilə bağlı tələbələrə master class keçib. Görüşdə Medianın Inkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu görüşdə iştirak edib. Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Nuray Ədilzadə


