Jurnalistika fakültəsinin tələbələri 2-ci fəxri xiyabanı ziyarət ediblər
Bölmə: MEDİA ›
,
Tarix: 16:56 26.09.2025
Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 1-ci kurs tələbələri 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igid qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər.
Bu təşəbbüsdə məqsəd gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, şəhidlərimizin qəhrəmanlığını daim yad etmək və onların əziz xatirəsini daim yaşatmaqdır.
Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub. Daha sonra isə Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu tələbələrə şəhidlərin Vətən uğrunda göstərdikləri igidliklərdən danışıb. Onların xatirəsinin hər zaman hörmət və ehtiramla yad olunmalı olduğunu diqqətə çatdırıb. O, gənclərin bu kimi tədbirlərdə iştirakını vacib hesab edib. Tədbirin sonunda isə xatirə fotosu çəkilib.
Bütün şəhidlərimizi rəhmətlə anırıq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Aytac Mustafayeva


