Roma–Bakı Əməkdaşlığı zirvədə-Şərh
Bölmə: Siyasət ›
,
Tarix: 22:54 07.10.2025
İtaliya Prezidenti Serco Mattarella Azərbaycana rəsmi səfər edib. Səfər iki ölkə arasında strateji əməkdaşlığın möhkəmlənməsi və Avropa ilə əlaqələrin inkişafında mühüm mərhələ sayılır. Görüşdə enerji sahəsi əsas mövzulardan biri olub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan neft və qaz ixracı ilə İtaliya və Avropanın enerji təhlükəsizliyinə töhfə verir, tərəflər arasında iqtisadi və enerji əməkdaşlığı daha da genişlənir. Hazırda Roma-Bakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və hər iki ölkə gələcək illərdə əlaqələri daha da dərinləşdirmək niyyətindədir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, İtaliya Azərbaycanın əsas tərəfdaşlarından biridir:
"Ümumiyyətlə, Avropa dövlətləri ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müxtəlif səviyyədədir. Məsələn, Britaniya Azərbaycan əlaqələri ilə Fransa Azərbaycan əlaqələri fərqli səviyyələrdə inkişaf edib. Ancaq İtaliya ilə münasibətlərimiz bizim yüksək dinamika ilə inkişaf edir. Bunu İtaliya prezidentinin bu günlərdə Azərbaycana son səfəri də bir daha sübut edib. Müzakirə olunan məsələlər də göstərib ki, Azərbaycan İtaliya tərəfdaşlığı hər iki tərəf üçün də əhəmiyyətlidir. Və burda enerji təhlükəsizliyi məsələsi xüsusi qeyd olunmalıdır. Azərbaycan Avropanın və Avropanın əsas dövlətlərindən biri olan İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Və düşünürəm ki, bu rol gələcəkdə mühüm rol oynayacaq. İtaliya da Cənubi Qafqaz regionuna investisiya quruluşunu gələcəkdə artıra bilər. Bunun üçün heç bir əngəl yoxdur. Əksinə daha münbit şərait yaranır ki, İtaliya Azərbaycana investisiya qoyuluşunu artırsın. Və Qarabağ da görülən yenidənqurma və bərpa işləri də investisiya qoyuluşu həcminin artırılması üçün əlverişli şərait yaradır".
Aişə Mustafayeva


