“Uşaqların qorunması-gələcəyin təhlükəsizliyinə qoyulan əsas”

Bölmə: Maraqlı › ,
Tarix: 23:04 07.10.2025

Uşaqlar hər bir cəmiyyətin gələcəyidir. Onların fiziki, psixoloji və sosial təhlükəsizliyinin təmin olunması dövlətin və cəmiyyətin əsas vəzifələrindən biridir. Son illərdə uşaqlara qarşı zorakılığın qarşısının alınması, təhsildə bərabər imkanların yaradılması və ailə dəyərlərinin qorunması istiqamətində mühüm addımlar atılır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ictimai xadim, insan hüquqları müdafiəçisi və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu sahədə ciddi dəyişikliklər var:

 

“Ən çox zorakılığa məruz qalan uşaqlarla bağlı kifayət qədər aktiv və operativ iş görülür. Son zamanlarda uşaq qaynar xəttinə gələn zənglər müşahidə olunur. Qurumlar burada iştirak edir. Bunlardan hər hansı birinə aşkarlanmış uşaqla bağlı məlumat daxil olan kimi həmin əraziyə baxış keçirilir. Uşaqlar aşkarlanır və bu baxışda mütləq icra hakimiyyəti, polis, sosial xidmətlər iştirak edirlər. Sənədləşmə işləri aparılır. Əgər uşağın vəziyyətində zorakılıq faktları aşkarlanarsa, dərhal sığınacağa yerləşdirilir və sonradan bununla bağlı iş gedir. Əgər zorakılıq valideyn tərəfindən tətbiq edilirsə, o zaman məhdudlaşdırma prosesi baş verir, ailənin vəziyyəti dəyərləndirilir. Tutaq ki, uşaqla ünsiyyətə bacarıqlı deyilsə, o zaman uşaqla iş gedir. Sığınacaqda uşağın psixoloji və sağlamlıq durumu müayinə edilir. Həmin müddət ərzində əgər uşağın təhsildə bərpaya ehtiyacı varsa, təhsilə yönləndirilir. Daha sonra isə qiymətləndirmə prosesi, sosial xidmətlər, icra hakimiyyəti bu məsələlərlə məşğul olunur. Əgər icra hsab etsə ki, vəziyyət qənaətbəxşdir. Bu zaman uşaq ailəyə geri qaytarılır. Bəzi hallarda görürük ki, bu qiymətləndirmənin bir effekti olmur. Ailəyə qayıtdıqdan sonra zorakılıq halları davam edir. Bu zaman konkret qərar qəbul olunur”.

 

Müsahibimiz həmçinin bildirib ki, təhsil bu məsələdə ən çox aşkar obraz kimi iştirak edir:

 

“Uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün onunla sorğu keçirilməlidir və vəziyyət dəyərləndirilməıidir. Bəzi hallarda uşaqlar tam zorakılığın mahiyyətini anlamırlar. Yenə də uşaqların təhlükəsizliyi təmin olunmalıdır. Uşağın təhlükəaizliyini sığınacaqlar və müəssisələrdə həyata keçirmək olur. Bu uşağın təhlükəsizliyini və kontaktdan qaçınmağı təmin edir. Yeniliklər və dəyişikliklər olmalıdır. Yəni əgər qanun olmasa iş baş tutmaz. Əgər qanunda dəyişiklik, nazirlər kabinetində yeni qərarlar olsa, o zaman təbii ki, tərəflər o qanunvericiliyə riayət edəcək. Burada ədalətli qərar və ədalətli siyasət olsa, mütəxəssis qiymətləndirməsi çox vacibdir. Uşağın davranışlarını müəyyən etməlidir. Bu məsələdə sığınacaqlar çox yaxşı təcrübəyə malikdir. Onların uşaqla həm kontakt, həm də təmasda olması onun bir sıra məsələləri aşkara çıxarmasına səbəb olur. Burada həmçinin məxfilik pozula bilər. Bu zaman uşağın təhlükəaizliyi də pozulur”.

 

Banuçiçək Məmmədova