8 Oktyabr Gəncə Terroru
Bölmə: Mədəniyyət ›
,
Tarix: 06:24 08.10.2025
2020-ci il Vətən Müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri Azərbaycanın İkinci Böyük şəhəri olan Gəncəni bir neçə dəfə raket atəşinə tutub. Bu hücumların biri də 8 oktyabr 2020-ci il tarixində həyata keçirilib.
Həmin gecə Ermənistan ordusu Gəncə şəhərinə “Toçka-U” tipli taktiki raket atıb. Raket şəhərin yaşayış ərazisinə düşsə də, xəsarət alan və ya həyatını itirən olmayıb. Hücum nəticəsində bir neçə yaşayış binasında, eləcə də infrastruktura xırda dağıntılar və zərər qeydə alınıb.
Bu hadisə Ermənistanın Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini hədəfə alan ardıcıl hücumlarının davamı idi. 8 oktyabrda baş verən bu zərbə, sonrakı günlərdə — xüsusən 11 və 17 oktyabr tarixlərində törədilən daha ağır raket hücumlarının xəbərçisi olub.
Gəncə sakinləri həmin günü “ilk xəbərdarlıq gecəsi” kimi xatırlayır, çünki bu hücumdan cəmi üç gün sonra şəhər ən ağır faciələrindən birini yaşayıb.
Nuray Əliyeva


