Ekvador Prezidentinin korteji atəşə tutulub
Bölmə: Dünya ›
,
Tarix: 08:19 08.10.2025
Ekvadorun Kanyar əyalətində naməlum şəxslər Prezident Daniel Noboanın avtomobilini atəşə tutub.
"İnformator.az" xəbər verir ki, bu barədə "Reuters" adı açıqlanmayan nazirə istinadən xəbər verib.
Nazirin sözlərinə görə, Prezidentin korteji təxminən 500 nəfərlik izdihamla əhatə olunub və dövlət başçısı tədbirə yaxınlaşan zaman onlar avtomaşına daş atıblar.
"Prezidentin avtomobilində güllə izləri aşkarlanıb", - rəsmi qeyd edib.
Ekvadorun ətraf mühit və energetika naziri İnes Mansano çərşənbə axşamı günü Noboaya sui-qəsd cəhdinin rəsmən elan olunmasından sonra danışıb. O, Prezidentin xəsarət almadığını və insidentlə bağlı 5 nəfərin saxlanıldığını açıqlayıb.


