Rusiya üç ölkəyə Xəzərdə birgə təlimlər keçirməyi təklif edib

Bölmə: Dünya › ,
Tarix: 16:29 08.10.2025

Rusiya İran, Qazaxıstan və Azərbaycana gəmiçilik və dəniz iqtisadi obyektlərinin təhlükəsizliyini təmin etmək üçün 2026-cı ildə Xəzər dənizində birgə hərbi dəniz təlimləri keçirməyi təklif edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.