Daha 2 vəkilin fəaliyyəti dayandırılıb

Bölmə: Sosial › ,
Tarix: 16:47 08.10.2025

Yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında qərar qəbul olunub.

 

Bundan başqa, qərara əsasən, 4 vəkilə xəbərdarlıq edilib və 1 vəkilə isə töhmət verilib.