Tibbdə unikal hadisə: 7 kq-lıq körpə doğulub

Bölmə: Maraqlı › ,
Tarix: 20:29 11.10.2025

Rusiyanın Ulan-Ude şəhərində təxminən yeddi kiloqram çəkidə qız uşağı dünyaya gəlib.

 

"İnformator.az" "Bakupost.az"a istinadən xəbər verir ki, bu barədə yerli perinatal mərkəzdən məlumat verilib.

 

Bildirilir ki, çəkisi 6 700 qram, boyu 66 santimetr olan uşaq oktyabrın 11-də doğulub.

 

Qeyd olunur ki, peşəkar komandanın koordinasiyalı işi sayəsində doğuş rahat keçib. Həkimlər xoşbəxt ailəni qızlarının dünyaya gəlməsi münasibətilə təbrik edib, ona sağlam, xoşbəxt və sevgi dolu həyat arzulayıblar