Triatlon üzrə ölkə çempionatı keçirilib
Bölmə: Dünya ›
,
Tarix: 14:18 12.10.2025
Oktyabrın 11-də Pirallahıda yerləşən Nərəkənd parkında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılğı ilə Triatlon üzrə ölkə çempionatı keçirilib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, yarışda müxtəlif yaş qruplarından olan 100-dən çox idmançı iştirak edib.
İştirakçılar Xəzər dənizinin sularında üzərək, Pirallahının unikal təbiəti fonunda bacarıqlarını nümayiş etdirib.
Yarışda uşaqlar super sprint məsafəsində güclərini sınayıblar – 375 metr üzgüçülük, 8 km velosiped və 2 km qaçış. Böyüklər isə sprint məsafəsində mübarizə apardılar – 750 metr üzgüçülük, 20 km velosiped və 5 km qaçış.
Bu cür yarışların keçirilməsi ölkəmizdə triatlon idman növünün inkişafına, sağlam həyat tərzinin təbliğinə və yeni idmançıların yetişdirilməsinə böyük töhfə verir. Yarış yüksək səviyyədə təşkil olunub, təhlükəsizlik və qonaqların rahatlığı tam şəkildə təmin edilib. Gün ərzində gərgin idman mübarizəsi yaşanıbvə qaliblər aşağıdakı kimi müəyyən olunub:
Kişilər:
1-ci yer – Rzazadə Əli
2-ci yer – Musayev Tamerlan
3-cü yer – Atakişiyev Tural
Qadınlar:
1-ci yer –Abduləzizova Leyla
2-ci yer – Klara Maresçova
Mükafatları Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Aslan Salahzadə, Azərbaycan Triatlon Federasiyasının Baş Katibi Seymur Hüseyinov, mətbuat katibi Sənubər İmanova, Triatlon üzrə milli komandanın baş məşqçisi Oleksandr Mordasov və “Trikids Baku” triatlon klubunun direktoru Nurəli Məmmədov təqdim edib.


