Tramp Ukraynaya “Tomahawk” raketləri göndərəcəyi ilə bağlı Rusiyanı xəbərdar edib

Bölmə: Dünya › ,
Tarix: 09:03 13.10.2025

“Rusiya müharibəni tezliklə həll etməsə, Ukraynaya uzaqmənzilli “Tomahawk” raketləri göndərəcəyəm”.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailə səfəri zamanı təyyarədə jurnalistlərə açıqlamasında deyib.

 

“Tomahawk” inanılmaz gücə malik hücum silahıdır. Düzünü desəm, Rusiya bunu istəməz”,- deyə Tramp qeyd edib.