Tehran sakinlərinə suyun verilməsi məhdudlaşdırılıb

Bölmə: Dünya › ,
Tarix: 17:46 08.11.2025

İranda ciddi quraqlıqla əlaqədar Tehran sakinlərinə su verilişi məhdudlaşdırılıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə “İnterfaks” İran KİV-inə istinadən bildirib.

 

"Bu, müəyyən narahatlıqlar yaratsa da, su israfının qarşısını almağa kömək edəcək", - KİV-lər İranın energetika naziri Abbas Əliabadinin dövlət televiziyasındakı çıxışından sitat gətirir.

 

İranın “Haft-e Sobh” qəzeti qeyd edir ki, şəbəkədə təzyiqin azalması və yerüstü və yeraltı su ehtiyatlarının azalması Tehranın su təchizatında ciddi qeyri-sabitlik yaradıb.