Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq

Bölmə: Sosial › ,
Tarix: 18:38 08.11.2025

Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq.

 

Bu barədə "İnformator.az"a qurumdan bildirilib.

 

Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.