Millimiz Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq

Bölmə: Dünya › ,
Tarix: 19:09 08.11.2025

Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan millisi A qrupunda son oyununu keçirəcək.

 

"İnformator.az" "Qol.az"a istinadən xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda bu gün Bakı vaxtı ilə saat 20:00-da son oyununa çıxacaq.

 

Qeyd edək ki, millimiz qələbə qazanacağı təqdirdə yarımfinala vəsiqə qazanacaq.