Çin Liszyan-1 Y9 raket daşıyıcısının uğurlu buraxılışını həyata keçirib

Bölmə: Dünya › ,
Tarix: 13:12 09.11.2025

Çin iki eksperimental peykini orbitə çıxaran Liszyan-1 Y9 raket daşıyıcısının uğurlu buraxılışını həyata keçirib.

 

“İnformator.az” məlumatına görə, bu barədə “Xinhua”agentliyi məlumat yayıb.

 

Raketin buraxılışı Pekin vaxtı ilə saat 11:32-də (Bakı vaxtı ilə saat 07:32) Çinin şimal-qərbindəki Çzuçuan Peyk Buraxılış Mərkəzinin yaxınlığındakı "Dunfen" Kommersiya Kosmik İnnovasiya Pilot Zonasından həyata keçirilib.

 

Agentliyin məlumatına görə, peyklər təyin olunmuş orbitə uğurla buraxılıb.