İslandiya ilə oyun çətin olacaq - Krivotsyuk

Bölmə: İdman › ,
Tarix: 23:44 12.11.2025

İslandiya ciddi rəqibdir.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib

 

O, matça yaxşı hazırlaşdıqlarını bildirib:

 

“İslandiya millisinin heyətində yaxşı futbolçular var. Çətin oyun olacaq. Baş məşqçi Ayxan Abbasovun gəlişindən sonra millidə özünəinam yaranıb. Yaxşı nəticə qazana bilərik”.