40-dan çox azərbaycanlı tələbə ölkəyə qaytarılacaq-Rəsmi

Bölmə: Sosial › ,
Tarix: 12:17 13.11.2025

Moldovaya girişinə icazə verilməyən 40-dan çox azərbaycanlı tələbə ölkəyə qaytarılacaq.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

 

O bildirib ki, Azərbaycanın Moldovadakı Səfirliyi məsələ barədə məlumatlıdır və qeyd edilən gənclərə hər bir dəstək göstərilib:

 

“Ancaq Moldova tərəfi onların universitetə qəbul sənədləri qaydasında olmadığı üçün ölkəyə girişinə icazə verməyib. Onlar ölkəmizə geri qaytarılacaq”.