Rusiyadan ABŞ-nin qətnaməsinə reaksiya: Ziddiyyət təşkil edir

Bölmə: Dünya › ,
Tarix: 00:06 19.11.2025

BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qəbul edilən ABŞ qətnaməsi Fələstin dövlətinin yaradılması ilə bağlı qərarlarla ziddiyyət təşkil edir.

 

"İnformator.az"xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.

 

Qeyd olunur ki, qətnamə Qəzzanı idarə etmək üçün anklavı tərksilah etməyə məcbur etmək məqsədi daşıyan Sülh Şurasının yaradılmasını nəzərdə tutur. Ancaq orada İsrailin Fələstin ərazilərinin ilhaqından və qoşunlarının geri çəkilməsindən imtina etmək öhdəliyi göstərilmir.