"Kilsələr seçki və biznes məkanına çevrilib"

Bölmə: Dünya › ,
Tarix: 20:11 10.12.2025

Ermənistan Baş nazirinin aparatının müavini Taron Çahoyan bildirib ki, Patriarx Garegin II və rus oliqarxı Samvel Karapetyan (Taşir Samo) ölkədəki kilsələri həm seçki qərargahlarına, həm də kommersiya məkanlarına çeviriblər.

 

“Bir kilsə Ktrich tərəfindən seçki qərargahına çevrilib, divarda Taşir Samonun şəkli asılıb. Kilsələrimizi Ktrich və Taşir Samodan təmizləmək lazımdır, çünki onlar müqəddəs məkanları təhqir edirlər. Ktrich kilsəni Taşir Samo və Koçaryanın seçki qərargahına çevirib. Taşir Samo isə kilsəni öz ticarət mərkəzinə, divarlarını öz şəkli ilə bəzəyərək, çevrilib”, - deyə Çahoyan yazıb.