00:00:00
Yazar
Banuçiçək Məmmədova
21.02.2026 17:53 11 1 dəq oxuma
Hadisə

102-yə zəng edib narkotikdən danışıb, həbs olunub

102-yə zəng edib narkotikdən danışıb, həbs olunub

Sərxoş halda Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə zəng edərək nalayiq ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.

 

"İnformator.az" Teleqraf-a istinadən xəbər verir ki, 1986-cı təvəllüdlü Ç.V 102-yə zəng edərək atasının vaxtilə vəzifədə olmuş şəxs tərəfindən qətlə yetirildiyini, 100 min manat pulunun mənimsənildiyinə dair əssasız şikayətlər edib.

 

O, bundan başqa, digər rayonlarada narkotikin 10 manata olduğunu, Füzulidə isə 7 manata satıldığına dair əsassız məlumatlar verib.

Ç.V məhkəmədə özünü təqsirli bildirərək əməli sərxoş vəziyyətdə törətdiyini etiraf edib. O, spirtli içkinin təsiri altında törətdiyi əməldən peşman olduğunu dilə gətirib.

Məhkəmənin qərarına əsasən, barəsində protokol (İXM-in 510.1 ) tərtib edilmiş şəxs 8 sutka müddətinə inzibati qaydada həbs olunub.

#edib #baki #yeni #102-yə #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər