00:00:00
Yazar
Admin User
11.03.2015 09:57 367 1 dəq oxuma
Sosial

13 dərəcə isti olacaq

Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.
13 dərəcə isti olacaq

Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnformatora verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Martın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 761 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. 
Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər