15-20 dərəcə isti olacaq
Havanın temperaturunun gecə 5-8, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnformatora verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 24, dağlarda gecə 0-4, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.
Aprelin 08-09-da Abşeron yarımadasında gözlənilən komfort temperatur şəraitli mülayim yaz havası meteohəssas insanlar üçün əlverişlidir.
