00:00:00
Yazar
Admin User
29.02.2016 07:37 522 1 dəq oxuma
Dünya

150 min suriyalıya yardım göndəriləcək

BMT qarşıdakı 5 gün üçün mühasirədəki bölgələrdə olan təxminən 150 min suriyalıya yardım göndərməyi planlaşdırır.
150 min suriyalıya yardım göndəriləcək

Suriyada keçici atəşkəsin davam etdiyi bir zamanda BMT qarşıdakı 5 gün üçün mühasirədəki bölgələrdə olan təxminən 150 min suriyalıya yardım göndərməyi planlaşdırır.

İnformator.az “BBC”ə istinadla xəbər verir ki, BMT-nin humanitar yardımdan məsul koordinatoru Yakob el Hillo Suriyadakı atəşkəsə dair “Suriya xalqının sülh və sabitlik üçün əldə etdiyi ən yaxşı fürsət”,- adlandırıb.

BMT atəşkəs müddətində aclıqdan ölənlərin olduğu bildirilən Madaya daxil olmaqla, bir neçə şəhərə su və dərman çatdırmağı planlaşdırır. Yardımların genişləndirilməsi üçün Suriyada tərəflərin razılığına ehtiyac olduğunu deyib.

İŞİD nəzarətindəki Deyr əz-Zora ötən həftə havadan edilməsi planlaşdırılan yardımlar karqo platformalarının zərə görməsi, itməsi və ya heç kimin olmadığı bölgələrə düşməsi səbəbi ilə edilməmişdi. BMT-nin məlumatlarına görə, Suriyada 500 minə yaxın insan mühasirədə yaşayır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər