00:00:00
Yazar
Admin User
25.02.2016 07:41 642 1 dəq oxuma
Dünya

16 yaşlı isveçli qız İŞİD-in əlindən xilas edilib

İŞİD-ə qoşulmaq istəyən nişanlısı ilə Suriyaya gedən və terrorçular tərəfindən girov götürülən isveçli gənc qız artıq təhlükəsizlikdədir.
16 yaşlı isveçli qız İŞİD-in əlindən xilas edilib

İŞİD-ə qoşulmaq istəyən nişanlısı ilə Suriyaya gedən və terrorçular tərəfindən girov götürülən isveçli gənc qız artıq təhlükəsizlikdədir. 

İnformator.az “Euronews istinadla xəbər verir ki, 16 yaşlı qızın İraq Kürd regional rəhbrəliyi xüsusi anti-terror qüvvələrinin Mosula yaxın bir ərazidə keçirdiyi əməliyyat zamanı İŞİD-dən xilas edildiyi ifadə edilib. 

Marlin Stivani Nivarlain adlı gənc qız jurnalistlərə açıqlamasında Suriyaya gəlməmişdən əvvəl İŞİD haqqında heç bir şey bilmədiyini deyib: “Əvvəllər hər şey normal idi, sonra nişanlım İŞİD-in videolarına baxmağa başladı. Onlardan danışırdı. Bir gün Suriyaya getmək istədiyini dedi. Mən də səninlə gələrəm dedim. Çünki İŞİD haqqında da, İslam haqqında da heç ne bilmirdim”.

İraq Kürs regional rəhbərliyi tərəfindən məsələ ilə bağlı verilən açıqlamada gənc qız və nişanlısının ötən il İsveçdən qatar və avtobusla Türkiyənin Qaziantep şəhərinə gəldikləri, oradan da Suriyaya keçdikləri deyilib. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər