2023-cü ilin ən yaxşı futbolçuları açıqlanıb
"İnter Mayami"nin argentinalı hücumçusu Messi FİFA tərəfindən ilin ən yaxşı kişi futbolçusu mükafatına layiq görülüb. Ən yaxşı məşqçi mükafatını “Mançester Siti”ni çalışdıran Qvardiola, ən yaxşı qadın futbolçu mükafatını isə ispaniyalı Bonmati alıb.
FİFA tərəfindən 2023-cü ilin ən yaxşı oyunçularının müəyyənləşdiyi qala gecəsi İngiltərənin paytaxtı Londonda keçirilib. "France Football" jurnalı ilə 2010-cu ildən bəri ortaqlığın sona çatmasından sonra təqdim edilən FIFA Best Awards mükafatları 8-ci dəfə paylanıb.
İctimaiyyətin və milli komandaların məşqçi və kapitanlarının, mətbuat işçilərinin iştirakı ilə keçirilən səsvermə nəticəsində Amerika Birinci Liqasında “İnter Mayami”də çıxış edən Messi ən yaxşı kişi futbolçu seçilib.
Mərasimə qatılmayan 36 yaşlı argentinalı futbolçu “Mançester Siti”dən Erlinq Haalandı və “Paris Sen-Jermen”dən Kilian Mbappeni geridə qoyub.
"France Football" jurnalının verdiyi Qızıl top (Qızıl top) mükafatını 8 dəfə alan Messi 2009, 2019 və 2022-ci illərdən sonra 4-cü dəfə FİFA-nın ilin oyunçusu mükafatını da qazanıb.
Zəhra Həsənova
