00:00:00
Yazar
Admin User
07.06.2025 13:10 196 1 dəq oxuma
Hadisə

207 nömrəli məktəbdə İNSİDENT

207 nömrəli məktəbdə İNSİDENT

Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib.

 

"İnformator.az" News24.az-a istinadən xəbər verir ki, hadisə iyunun 5-də axşam saatlarında qeydə alınıb.


İlkin məlumata görə, məktəbin 11-ci sinif şagirdləri "Son zəng" günü münasibətilə rəqs məşqi etmək üçün məktəbə gəliblər. Lakin məktəbin mühafizəçisi onların məktəb həyətinə daxil olmasına icazə verməyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.

 

Hadisənin gedişində şagirdlərdən birinin mühafizəçinin üzərinə bıçaq çəkdiyi iddia olunur. Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər