00:00:00
Yazar
Zeynəb Yunuszadə
11.05.2026 21:22 17 1 dəq oxuma
Kriminal

24 yaşlı gənc əmisi oğlunu bıçaqlayıb: Saxlanılan var

24 yaşlı gənc əmisi oğlunu bıçaqlayıb: Saxlanılan var

Goranboyda əmi oğlanları arasında yaranan mübahisə qanla bitib.

 

"İnformator.az" "APA" -ya istinadən xəbər verir ki, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb.

 

Məlumata görə, kənd sakinləri - 2002-ci il təvəllüdlü K.Mürsəlli ilə əmisi oğlu, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Münaqişə böyüyərək davaya çevrilib və nəticədə K.Mürsəlli əmisi oğluna bud nahiyəsindən bıçaq xəsarəti yetirib.

 

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona zəruri tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı K.Mürsəlli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

#gənc #saxlanılan #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər