25 nəfər həlak olub, uşaqlar da var
Ukrayna rəsmilərinin məlumatına görə, Rusiyanın raket və dron hücumu nəticəsində Ternopil şəhərində iki mənzil binası vurulub, ən azı 25 nəfər həlak olub, onlardan üçü uşaqdır. Hücum zamanı 73 nəfər yaralanıb, 15-i uşaqlardır.
Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Rusiya X-101 raketləri mənzil bloklarını vurub. Hücum Lviv və İvano-Frankivsk bölgələrinə də təsir edib, Xarkovun şimal-şərq rayonlarında dron hücumu nəticəsində 30-dan çox insan yaralanıb. Hava qüvvələri 476 drondan 442-ni və 48 raketdən 41-ni vurduğunu açıqlayıb.
Ternopil, Polşa sərhədinə yaxın olmasına baxmayaraq, indiyədək nadir hallarda hücuma məruz qalıb. Hücum zamanı binaların birinin 3-9-cu mərtəbələri dağılıb. Zelenski dağıntılar arasında çox sayda insanın olduğu barədə xəbər verib.
Enerji obyektləri, nəqliyyat və digər infrastruktura da ziyan dəyib. Xüsusilə İvano-Frankivsk regionunda enerji obyektlərinə hücum zamanı üç nəfər yaralanıb, ikisi uşaqdır. Rusiyanın Müdafiə Nazirliyi hücumları Ukraynanın “hərbi-sənaye kompleksi və enerji sektorunu hədəf aldığı” iddia edib.
Eyni zamanda, Ukrayna ABŞ-dən alınan Atacms raketləri ilə Rusiya ərazisindəki hərbi obyektləri vurduğunu təsdiqləyib.
Zelenski bu arada Ankara səfərində ABŞ və Rusiya arasında sülh təşəbbüslərini müzakirə etməyə çalışıb. Kremlin nümayəndəsinin görüşdə iştirak etməyəcəyi bildirilib.
Ruminiya, Almaniya və Polşa hava qüvvələri hücumlara cavab olaraq səfərbər olunub.
BBC
Reyhan Quliyeva
