32 yaşlı qadın öldürülüb
Dekabrın 16-da səhər saatlarında Qusar rayon Hil kəndinin ərazisində yerləşən evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
“İnformator.az” Lent.az-a istinadən xəbər verir ki, polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri, kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunub və o saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
