00:00:00
Yazar
Admin User
12.02.2015 05:20 543 1 dəq oxuma
Hadisə

340 məhbus həbsxanadan qaçıb

Luqansk əyalətinin Çernuxino kəndində 340 məhbus həbsxanadan qaçıb
340 məhbus həbsxanadan qaçıb

Bu barədə ATƏT-in Ukraynadakı sosial monitorinq qrupunun 11 fevralda dərc edilən hesabatında deyilir. 

Missiya nümayəndələrinin bildirdiyinə görə, dustaqlar çərşənbə axşamı, günün ikinci yarısında qaçıblar. Hazırda sözügedən 23 nömrəli türmədə yalnız 30 nəfər qalıb. 

Hesabatda qeyd edilir ki, qaçış rayondakı atışmalar zamanı həyata keçirilib. 

Qeyd edək ki, Ukraynanın şərqində gərgin döyüşlər davam edir. Bu gərginlik yanvarın ortasından Donetsk beynəlxalq aeroportunda təhlükəsizlik qüvvələri ilə aramsız toqquşmalar nəticəsində başlayıb. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər