4 min hektardan artıq torpaq qeyri-qanuni yolla satılıb
2014-cü ildə 4 min hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq qeyri-qanuni yolla satılıb.
Faktları Ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində açıqlayıb. 2014-cü ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı ən çox pozuntu kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz satılması sahəsindədir.
Ötən il 4 min hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq qanunsuz yolla satılıb: “Bunların da əksəriyyəti yenə kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz verilməsi ilə bağlıdır. Bundan əlavə, 8 iş üzrə cinayət işi başlanıb və bir iş üzrə isə artıq məhkəmə qərarı çıxarılıb.”
Millət vəkilləri isə bələdiyyələrin borclarından narazılıq ediblər. Deputat Əli Məsimli borcların ləğvi üçün müxtəlif istiqamətdə yeni mexanizmlərin qurulmasını təklif edib. Iclasda bələdiyyələrə ayrılan 35-40 milyon mailiyyə vəsaitinin artırılması da təklif olunub.
Bundan əlavə, millət vəkilləri Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan üçün əhəmiyyətini önə çəkiblər. İqtisadi siyasət komitəsinin sədr müavini Vahid Əhmədov bu layihəni neftin qiymətinin enməsi dövründə Azərbaycanın müstəqəlliyinin qarantı adlandırıb.
