00:00:00
Yazar
Admin User
01.07.2025 13:18 188 1 dəq oxuma
Hadisə

51 yaşlı qadın evində yıxılıb ölüb

51 yaşlı qadın evində yıxılıb ölüb

Gəncə şəhərində qadın bədbəxt hadisə nəticəsində ölüb.

"İnformator.az" Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin keçmiş məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə baş verib.

Qəsəbədə məskunlaşan Xocalı rayon sakini, 1974-cü il təvəllüdlü Nailə Bağırova yaşadığı evdə ehtiyatsızlıqdan yıxılıb.

Ağır kəllə-beyin travması ilə xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb. N.Bağırova xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər