52 yaşlı kişi öldürülüb, kürəkəni saxlanılıb
Cəlilabadda qətl hadisəsi baş verib.
"İnformator.az" xəbər verir ki, hadisə fevralın 16-da saat 13 radələrində Cəlilabad rayonu ərazisində qeydə alınıb. Rayon sakini 52 yaşlı Azər Baxşiyev kəsici alətdən aldığı xəsarətlə xəstəxanaya çatdırılıb və orda ölüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayevi polis əməkdaşları saxlayıb.
Qətlə yetirilən şəxsin qətli törədənin qayınatası olduğu bildirilir.
Araşdırma aparılır.
Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Cəlilabad rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.
