00:00:00
Yazar
Admin User
15.01.2015 11:24 563 1 dəq oxuma
Hadisə

60-a yaxın “İŞİD” silahlısı qətlə yetirilib

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri “İraq-Şam İslam Dövləti” qruplaşmasının İraqın Əl-Ənbər əyalətindəki mövqelərini növbəti dəfə hava zərbələrinə məruz qoyub.
60-a yaxın “İŞİD” silahlısı qətlə yetirilib

Nəticədə qruplaşmanın 13 üzvü qətlə yetirilib. İraqın Müdafiə Nazirliyi paytaxt Bağdadın şimalında və Səlahəddin rayonunda gedən döyüşlərdə qruplaşmanın 45 üzvünün qətlə yetirildiyini bəyan edib. Döyüşlər nəticəsində bəzi ərazilər “İŞİD”dən geri alınıb.

 

Öz növbəsində, “İŞİD” qruplaşması Mosul bəndi yaxınlığında “Peşmərgə” qüvvələrinə qarşı hücuma keçib. Qarşıdurmalarda “Peşmərgə” döyüşçüləri 16 nəfər itki versə də hücumun qarşısını almağa müvəffəq olub.

 

Bundan əlavə “İŞİD” rəhbərliyi Ərbil əyalətində gedən döyüşlərdə “Peşmərgə” qüvvələrinə məğlub olmuş özünün 56 silahlısını edam etdirib.  

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər