00:00:00
Yazar
Admin User
02.02.2026 10:28 56 1 dəq oxuma
Hadisə

7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb

7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb

Yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

 

Yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

 

Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.


Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər