00:00:00
Yazar
Admin User
08.04.2015 10:55 466 1 dəq oxuma
Sosial

9 Aprelə olan hava proqnozu

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyinin gündüz arabir güclənəcəyi ehtimal olunur.
9 Aprelə olan hava proqnozu

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyinin gündüz arabir güclənəcəyi ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnfprmator-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. 

Şimal küləyinin gündüz arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 6-10, gündüz 14-18 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. 

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23, dağlarda gecə 0-5, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər