00:00:00
Yazar
Admin User
18.10.2025 11:48 167 1 dəq oxuma
Hadisə

ABB 5 maşınını satışa çıxarır

ABB 5 maşınını satışa çıxarır

Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC balansında olan beş nəqliyyat vasitəsini hərrac yolu ilə satışa çıxarır.

 

"İnformator.az" "Oxu.az"a istinadən xəbər verir ki, hərrac 19 noyabr 2025-ci il tarixində saat 10:00-da keçiriləcək.

 

Satışa çıxarılan nəqliyyat vasitələri əsasən 4 ədəd "Volksvagen Transporter" və 1 ədəd "Fiat Doblo" avtomobilindən ibarətdir.

 

ABB-nin hərraca çıxardığı nəqliyyat vasitələri və onların start qiymətləri:

 

1. "Volksvagen Transporter" (buraxılış ili: 2014) - start qiyməti 9 750 manat;

 

2. "Volksvagen Transporter" (buraxılış ili: 2014) - start qiyməti 9 050 manat;

 

3. "Volksvagen Transporter" (buraxılış ili: 2014) - start qiyməti 9 050 manat;

 

4. "Volksvagen Transporter" (buraxılış ili: 2015) - start qiyməti 9 600 manat;


5. "Fiat Doblo" (buraxılış ili: 2018) - start qiyməti 9 800 manat.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər