00:00:00
Yazar
Admin User
24.12.2025 16:59 224 1 dəq oxuma
Dünya

ABŞ Avropa İttifaqının keçmiş komissarına qarşı sanksiyalar tətbiq edib

ABŞ Avropa İttifaqının keçmiş komissarına qarşı sanksiyalar tətbiq edib

ABŞ Avropa İttifaqının (Aİ) keçmiş komissarı Terri Bretona və daha dörd nəfərə viza sanksiyaları tətbiq edib.Komissar ABŞ texnoloji şirkətlərini platformalarında siyasi senzuraya məcbur etmək cəhdlərinə görə ittiham olunur.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Avropa İttifaqı ilə ABŞ-nin arasındakı ziddiyyətlər Donald Trampın hakimiyyəti dövründə daha da artmağa başlayıb:

 

“Bu, NATO və digər məsələlərlə bağlıdır. Ümumiyyətlə ABŞ-nin məqsədi Avropada güc balansını öz xeyrinə dəyişmək və İttifaqın təsir dairəsində olan digər ölkələri öz tərəfinə çəkməkdir. Bu ziddiyyətlər Ukrayna müharibəsində də özünü göstərib və ABŞ - Avropa İttifaqı arasındakı pisləşən münasibətlər müharibədə Rusiyanın üstünlük qazanmasına gətirib çıxarıb. ABŞ-nin Aİ-nın keçmiş komissarına sanksiya tətbiq etməsi birbaşa İttifaqın özünə mesajdır. Avropanın rolunu azaltmaq və bütün qlobal problem və məsələlərin həllində ABŞ-nin rolu var".

 

Səadət Əlizadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər