00:00:00
Yazar
Nərmin Həşimova
05.10.2026 20:48 37 1 dəq oxuma
Dünya

ABŞ bütün bombardmançı təyyarələrini "RAF Fairford" hərbi bazasından geri çəkib

ABŞ bütün bombardmançı təyyarələrini "RAF Fairford" hərbi bazasından geri çəkib

Pentaqon bazar günü təxminən 12 ədəd B-1 olduğu ehtimal edilən bombardmançı təyyarələrini bazadan çıxararaq Amerikadakı daimi bazalarına geri qaytardığını təsdiqləyib.
 

ABŞ mediası bombardmançıların çıxarılmasına yeni bir təhlükənin səbəb olduğunu bildirib. Bazar ertəsi danışan ABŞ Dövlət Katibi Marko Rubio, keçən həftəki insidenti bombardmançıların "RAF Fairford"dan çıxarılması qərarı ilə birbaşa əlaqələndirməyəcəyini bildirib. O əlavə edib: "Təlimlər, yenidən yerləşdirmələr, heyətin və yeni insanların gəlib-getməsi, yeni təyyarələrin gəlməsi və köhnə təyyarələrin getməsi əsasında hərbi texnikanın dünyanın müxtəlif yerlərinə hərəkətini görmək qeyri-adi bir şey deyil".
Rubio ABŞ-nin bütün bazalarının təhlükəsizliyinə hələ də tam əmin olduğunu və Britaniya hakimiyyət orqanlarının insidentdən bəri çox yaxından əməkdaşlıq etdiyini bildirib.

Liberal Demokratların müdafiə üzrə sözçüsü Ceyms Makkliri ABŞ-nin bombardmançıları geri çəkmək qərarını "dərin narahatlıq doğuran" adlandırıb və hökuməti ölkənin hərbi bazalarının "məqsədəuyğun" olmasını təmin etmək üçün plan təqdim etməyə çağırıb.


Səkinə Musayeva
BBC News

#təyyarələrini #azərbaycan #hərbi #yeni #bombardmançı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər