00:00:00
Yazar
Admin User
24.12.2025 18:12 72 1 dəq oxuma
Dünya

ABŞ-də Tesla Model 3 avtomobilləri ilə bağlı araşdırma başladılıb

ABŞ-də Tesla Model 3 avtomobilləri ilə bağlı araşdırma başladılıb

ABŞ Milli Avtomobil Yolu Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA), Tesla Model 3 avtomobillərində fövqəladə vəziyyətdə qapı açma mexanizminin asanlıqla çatımlı və aydın şəkildə tanınan olmaması ilə bağlı narahatlıqlar üzərində araşdırma aparmağa başlayıb.

 

NHTSA-nın açıqlamasına görə, araşdırma 2022-ci il modeli təxminən 179,071 Tesla Model 3 avtomobilini əhatə edir.

 

Açıqlamada bildirilir ki, Arıza Araşdırma Ofisi (ODI) mexaniki qapı açma mexanizminin gizli, üzərində etiket olmayan və fövqəladə vəziyyətdə intuisiya ilə tapılmasının çətin olduğu iddialarını ehtiva edən bir qüsur şikayəti alıb.

 

NHTSA-nın açıqlamasında, məsələnin qiymətləndirilməsi və şikayətin qəbul edilib-edilməyəcəyinə qərar verilməsi məqsədilə araşdırma prosesinin başladığı qeyd olunub.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər