ABŞ-də tornado fəlakəti
ABŞ-nin mərkəzi və cənub bölgələrində baş verən tornadolar nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
ABŞ-nin Arkanzas, İllinoys, İndiana, Missuri və Missisipi ştatlarında güclü tufan və tornadolar baş verib. Fırtınada uçan dağıntılar buranı döyüş bölgəsinə çevirib. Missuri Ştat Yolu Patrul xidməti 1 nəfərin öldüyünü açıqladı. Səlahiyyətlilər Arkanzas ştatında 4, Kentukki ştatında 4 və İndianada 2 nəfərin yaralandığını bildirib.
Mənbə: a haber
Nərmin Həşimova
