ABŞ-də Venesuela sahillərində sanksiyalı neft tankeri ələ keçirilib
ABŞ-də hərbi qüvvələr Venesuela sahillərində sanksiyalı neft daşıyıb fəaliyyət göstərən “Skipper” adlı tankeri ələ keçirib. Prezident Tramp bunun “indiyə qədər müsadirə olunan ən böyük tanker” olduğunu bildirib. ABŞ-nin Ədliyyə Departamenti tankerin uzun müddət saxta mövqe siqnalları verib və İran-Venesuela marşrutu ilə qadağan olunub neft daşıyıb, həmçinin terror qrupları üçün gəlir təmin edib fəaliyyət göstərdiyini açıqlayıb.
Karakas hadisəni “beynəlxalq piratlıq” adlandırıb və ABŞ-nin resursları ələ keçirməyə çalışdığını vurğulayıb. Prezident Maduro isə ABŞ-yə qarşı mövqeyində sərt çıxış edib və xarici təzyiqə boyun əyməyəcəklərini bildirib.
Hadisə fonunda ABŞ-nin Karib dənizində hərbi varlığını artırması bölgədə gərginliyi yüksəldib. Ekspertlər bu addımın Venesuelanın neft ixracına və regional təhlükəsizliyə təsir edə biləcəyini qeyd edir.
BBC
Reyhan Quliyeva
