00:00:00
Yazar
Səadət Əlizadə
13.10.2026 22:49 47 2 dəq oxuma
Dünya

ABŞ-də əyləncə parkında baş verən faciə 

ABŞ-də əyləncə parkında baş verən faciə

ABŞ-nin Corciya ştatında yerləşən Six Flags Over Georgia əyləncə parkında rollercoaster attraksionunda baş verən hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Hadisə bazar ertəsi yerli vaxtla saat 16:00 radələrində baş verib. 42 yaşlı Həsən Cihad İbn Kərimin hərəkətdə olan attraksiondan düşərək digər sərnişinlərə dəydiyi və daha sonra yerə yıxıldığı bildirilir.

 

Hadisə zamanı parkda olan şahidlər ciddi çaxnaşma yaşandığını bildiriblər. Onların sözlərinə görə, attraksion geri qayıdarkən boş oturacaq və təhlükəsizlik çubuğunun boş vəziyyətdə olduğu müşahidə edilib.

 

Hadisədən sonra park rəhbərliyi təhlükəsizlik məqsədilə ABŞ və Kanadadakı doqquz attraksionun fəaliyyətini müvəqqəti dayandırıb. Şirkət baş verən hadisəyə görə təəssüfünü ifadə edərək mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

 

Kobb dairəsinin Polis Departamenti hadisənin səbəblərini araşdırır. Corciya ştatında əyləncə parklarının təhlükəsizlik qaydalarına nəzarət edən müvafiq qurum da araşdırmaya qoşulub. Hazırda attraksionun təhlükəsizlik sistemlərinin və istifadə olunan qoruyucu vasitələrin vəziyyəti ilə bağlı məsələlər diqqət mərkəzindədir.

 

Florida Universitetinin professoru Brayan Averi bildirib ki, rollercoasterlərin təhlükəsizliyi ilə bağlı qaydaları və texniki xidmət prosedurları ştatları müəyyənləşdirilir. Onun sözlərinə görə, belə hadisələrin səbəbləri ətraflı araşdırılmalı və gələcəkdə təkrarlanmaması üçün lazımi tədbirlər görülməlidir.


Qeyd edək ki, 2006-cı ildə istifadəyə verilən «Goliath» attraksionu saatda 112 kilometrədək sürət yığa bilir. Hadisənin məhz bu attraksionda baş verdiyi bildirilsə də, araşdırmanın yekun nəticələri hələ açıqlanmayıb.

 

BBC News

Fatimə İbrahimova

#parkında #azərbaycan #baş #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər