ABŞ ilə Ukrayna böhranının həllinə dair müzakirədə irəliləyiş var
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, ABŞ ilə Ukrayna böhranının həllinə yönəlmiş apardıqları müzakirə prosesinin ləng irəlilədiyini bildirərək, “Amma bu prosesdə irəliləyiş var”,- deyib.
Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında gündəmdə olan mövzularla bağlı açıqlamalar verib.
Rusiya ilə ABŞ arasında Ukrayna böhranının həllinə yönəlmiş müzakirə prosesini dəyərləndirən Zaxarova, “ABŞ ilə Ukrayna məsələsinə dair müzakirə prosesi yavaş irəliləyir. Amma bu prosesdə irəliləyiş var”, – deyə bildirib.
Zaxarova Avropa ölkələrinin bu prosesi baltalamağa çalışdığına diqqət çəkərək, “Amerikalı həmkarlarımızı apardığımız dialoq prosesində bu dağıdıcı addımlara qarşı durmağa çağırırıq. Ankoric şəhərində ən yüksək səviyyədə müəyyən edilmiş çərçivə əsasında işləməyə hazırıq”,- deyib.
Avropanın Ukrayna böhranının həllinə yanaşmasını dəyərləndirən Zaxarova, “Başda Avropa İttifaqı (Aİ) və Böyük Britaniya olmaqla, Kiyev rəhbərliyinin avropalı və Qərbi Avropalı dəstəkçiləri sülhü düşünmürlər. Onlar yalnız Kiyevə göndərəcəkləri və sonra geri alacaqları pulu düşünürlər. Onlar hələ də vəziyyətin gərginləşməsinin tərəfdarıdırlar. Buna görə də onlar son ukraynalıya qədər döyüşlərin davam etməsini istəyirlər”,- ifadələrini işlədib.
TRT XƏBƏR
Lalə Qurbanlı
