ABŞ Konqresində terror aktı planlaşdıran şəxs həbs olunub
ABŞ-ın Ohayo ştatında Federal Təhqiqatlar Bürosunun əməkdaşları Konqres binasında terror aktı planlaşdıran şəxsi həbs ediblər.
“Reuters”in məlumatına görə, saxlanılan 20 yaşlı ABŞ vətəndaşı Kristofer Li Kornell Konqresin binasında kustar üsulla hazırlanmış bir neçə partlayıcı qurğunu işə salmağa, daha sonra isə konqresmenlərə atəş açmağı planlaşdırırmış. Kornelə qarşı qanunsuz odlu silah gəzdirmək və hökumət nümayəndələrinə sui-qəsd planlaşdırmaq ittihamı irəli sürülüb.
Cinayət işinin materiallarına əsasən Kristofer Li Kornell sosial şəbəkədə “İŞİD” qruplaşmasını açıq şəkildə dəstəkləyirmiş. Bu səbəbdən ABŞ xüsusi xidmət orqanları onu 2014-cü ilin avqustundan izləyib.
