00:00:00
Yazar
Admin User
23.01.2026 17:37 77 1 dəq oxuma
Siyasət

ABŞ-nin təhlükəsizlik zəmanəti ilə bağlı razılaşma imzalanmağa hazırdır

ABŞ-nin təhlükəsizlik zəmanəti ilə bağlı razılaşma imzalanmağa hazırdır

Ukraynanın rifahının təmin edilməsi üzrə paket bir neçə sənəddən ibarətdir, onlar hələ hazır olmasa da, bu paketin müsbət nəticə verəcəyinə inanırıq.

ABŞ-nin təhlükəsizlik zəmanəti ilə bağlı razılaşma imzalanmağa hazırdır, tarix və məkan isə Trampdan asılıdır.


Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, tərəflərin bu razılaşmalara yaxınlaşdığı müşahidə olunmaqdadır:


"Rusiya və Ukrayna arasında davam edən müharibə vəziyyətindən çıxış yolları üçün ABŞ-nin təqdim etdiyi planın icrası, sülh və atəşkəs platforması müxtəlif səbəblərdən təxirə düşüb. Ancaq tərəflərin bu razılaşmalara yaxınlaşdığı müşahidə olunmaqdadır. Sözü gedən məsələdə, Ukrayna atəşkəsin monitorinqi üçün yaradılacaq yüksək texnologiyalı mexanizmlərdə və lazım gəldikdə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsində iştirak etmək öhdəliyi götürməlidir. Ukrayna qüvvələri Avropanın təhlükəsizliyi üçün "birinci müdafiə xətti" rolunu oynamağı və gələcəkdə NATO-ya tam inteqrasiya üçün ordusunu Qərb silah sistemlərinə (məsələn, F-16 qırıcıları) tam keçirməyi öhdəsinə götürməlidir. 2026-cı ilin yanvarında Davosda keçirilən görüşlərdə Prezident Zelenski və Donald Tramp bu öhdəlikləri ehtiva edən sənədin "hazır olduğunu" və müharibə dayandıqdan sonra imzalanaraq parlamentlərin ratifikasiyasına təqdim ediləcəyini bildiriblər. ABŞ-nin siyasi hakimiyyətinin dəyişdiyi halda bu razılaşmanın pozulması ehtimalı azdır".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər