ABŞ prezidenti Tramp Çin prezidenti Xi ilə görüşüb
ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə telefonla danışıb. Zənglə bağlı açıqlamasında Tramp, "Prezident Xi ilə əla telefon danışığım oldu. Uzun və əhatəli bir söhbət oldu",- deyib.
Tramp iqtisadiyyat, müdafiə, apreldə Çinə gözlənilən səfər, Tayvan, Rusiya-Ukrayna münaqişəsi, İran, Çinin ABŞ-dən neft, qaz və soya alması, təyyarə mühərriklərinin tədarükü və bir çox başqa mövzuları müzakirə etdiklərini bildirib. Söhbəti çox müsbət adlandıran Tramp əlavə edib:
"Çin ilə münasibətimiz və mənim prezident Xi ilə şəxsi münasibətimiz son dərəcə yaxşıdır və bunu qorumağın nə qədər vacib olduğunu hər ikimiz bilirik. İnanıram ki, prezidentliyimin qarşıdakı üç ilində Çin Xalq Respublikası və Prezident Si ilə bir çox müsbət nəticələr əldə olunacaq”.
Aydan Əsgərxanlı
CNN Türk
